Ağ Evdən ETİRAF: Ukrayna ordusu artıq ABŞ silahları ilə Rusiyaya hücum edib

Ağ Evdən ETİRAF: Ukrayna ordusu artıq ABŞ silahları ilə Rusiyaya hücum edib

Hazırda oxunan: Ağ Evdən ETİRAF: Ukrayna ordusu artıq ABŞ silahları ilə Rusiyaya hücum edib

196499

Rəsmi Kiyev artıq Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etmək icazəsindən yararlanıb.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, Vaşinqtonun bundan əvvəl rəsmi Kiyevə qoyduğu qadağa məntiqli deyil:

“Ona görə də dövlət başçısı Ukraynanın xahişini təmin etmək qərarına gəldi”.

Qeyd edək ki, mayın 30-da “Politico” qəzeti ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə gizli icazə verdiyini yazmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO