Üzərində telefon aşkarlanan abituriyent imtahandan uzaqlaşdırıldı

Üzərində telefon aşkarlanan abituriyent imtahandan uzaqlaşdırıldı

Hazırda oxunan: Üzərində telefon aşkarlanan abituriyent imtahandan uzaqlaşdırıldı

19648

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO