Zelenski: “Rusiya ordusu Xarkov əməliyyatında uğursuz oldu”

Zelenski: “Rusiya ordusu Xarkov əməliyyatında uğursuz oldu”

Hazırda oxunan: Zelenski: “Rusiya ordusu Xarkov əməliyyatında uğursuz oldu”

196399

“Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi və bu, Ukrayna ordusunun hərəkətlərinin mühüm nəticəsidir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə cəbhədəki vəziyyəti müzakirə edərkən deyib.

“Çox əhəmiyyətli nəticə odur ki, Rusiya ordusu Xarkov əməliyyatında uğursuz oldu. Biz indi onları mümkün qədər geri çəkirik və torpaqlarımıza daxil olan və Xarkov vilayətində terror törədən rus bölmələrini məhv edirik”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski qeyd edib ki, bu istiqamətə əlavə bölmələr göndərilib:

“İndi Fransadakı danışıqlar və görüşlər sayəsində Ukrayna müdafiəsi üçün Fransa və ABŞ-dan yeni həll yollarımız var. Təşəkkürlər dostlar! Artilleriya sahəsində, o cümlədən Ukraynada 155 kalibrli mərmi istehsalı sahəsində irəliləyiş var və biz yeni istehsal platforması hazırlayırıq. Bizim döyüş aviasiyamız və elektron müharibəmiz də daha çox imkanlara malik olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO