Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlham Quliyevanın ona doğum günündə bağışladığı hədiyyədən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda Xoşqədəm aparıcısı olduğu "Günaydın, Azərbaycan!" verilişində danışıb.
Əməkdar jurnalist bildirib ki, İ.Quliyevanın ona hədiyyə etdiyi brilliant boyunbağı saxta imiş:
"Ad günüm günü idi. İlhamə Quliyeva dedi ki, "sənə gözəl bir brilliant boyunbağı hədiyyə edəcəyəm”. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxartmayıb gecədən səhərə kimi onunla yatmışam. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. İlhamə xanıma vəziyyəti izah etdim. Dedim ki, boyunbağı boğazımı qapqara edib. Niyə belə olub? Cavab verdi ki, “əsl qızıl, əsl brilliant belə olur, yəni qara olur”. Mən də eləmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə söylədi ki, “bu nə qızıl, nə də ki brilliantdır. Bu "bijuteriyadır"”.
Bəlkə İlhamə xanıma brilliant adı ilə o boyunbağını satıblar yalan deyə bilmərəm. Amma ilk hədiyyə aldığım o brilliant boyunbağı da saxta çıxdı".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:06 / 08.06.2024
Xoşqədəm: "İlhamə Quliyevanın ad günümdə bağışladığı brilliant boyunbağı saxta imiş"
Hazırda oxunan: Xoşqədəm: "İlhamə Quliyevanın ad günümdə bağışladığı brilliant boyunbağı saxta imiş"
Hazırda oxunan: Xoşqədəm: "İlhamə Quliyevanın ad günümdə bağışladığı brilliant boyunbağı saxta imiş"
196381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.