Bazar günü həkim çatışmazlığı iddialarına TƏBİB direktorundan CAVAB - VİDEO

Bazar günü həkim çatışmazlığı iddialarına TƏBİB direktorundan CAVAB - VİDEO

Hazırda oxunan: Bazar günü həkim çatışmazlığı iddialarına TƏBİB direktorundan CAVAB - VİDEO

196315

“Həkimlərimiz normal əmək qanunvericiliyi ilə tənzimlənən iş rejimi ilə işləməlidir. Burada qanunazidd addımlar ata bilmərik. Həkimlər 6 günlük iş rejimində çalışırlar”.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bazar günü xəstəxanalarda həkim çatışmazlığı olması barədə iddialara münasibət bildirərkən deyib.

V.Qurbanov qeyd edib ki, həkimlərin bir hissəsi növbəli iş rejimində fəaliyyət göstərir.

“Bəzi mərkəzlərimizdə həkimlərimiz, tibb işçilərimiz bir növbəli, bəzilərində isə iki və ya üç növbəli fəaliyyət göstərirlər.

Həkimlərin bazar günü işləməsi məsələsinə gəlincə, bildirməliyəm ki, həkimlərimiz bazar günü də növbəli şəkildə çalışır. Ehtiyac olduğu təqdirdə xəstəxanalarda və tibb mərkəzlərində fəaliyyət göstərən həkimlərimiz də çağırışla xəstənin qəbuluna gedirlər”, - deyə icraçı direktor vurğulayıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO