Balakəndə 38 yaşlı kişi evində ölü tapıldı – FOTO

Balakəndə 38 yaşlı kişi evində ölü tapıldı – FOTO

Hazırda oxunan: Balakəndə 38 yaşlı kişi evində ölü tapıldı – FOTO

196042

38 yaşlı Şahid Mehdi oğlu Babayevin qurdlanmış meyiti tək yaşadığı mənzildə sakinlər tərəfindən aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhumun həyətyanı sahəsində ot biçməyə gələn fəhlələr onu evdə görməyəndə narahat olub və axtarmağa başlayıblar.

Fəhlələr Şahid Babayevi axtararkən həyətdəki köməkçi tikilidə qaz sobasının yanında onun meyiti ilə qarşılaşıblar. Dərhal mərhumun yaxınları məlumatlandırılıb və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Kənd sakinlərinin sözlərinə görə mərhum mənzildə tək yaşayıb. Buna səbəb isə onun hərbi xidmətdən gələndən bir qədər sonra əsəb xəstəliyinə tutulması göstərilir. Sakinlər onu da əlavə edib ki, Şahid Babayev uzun müddət idi ki, bu xəstəlikdən əziyyət çəkirdi.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verib.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO