Netanyahu: “İsrail ordusu hərbi əməliyyatları altı həftəlik dayandırmağa hazırdır”

Netanyahu: “İsrail ordusu hərbi əməliyyatları altı həftəlik dayandırmağa hazırdır”

Hazırda oxunan: Netanyahu: “İsrail ordusu hərbi əməliyyatları altı həftəlik dayandırmağa hazırdır”

195545

“İsrail ordusu altı həftə ərzində hərbi əməliyyatları dayandırmağa hazırdır”.

Bizim.Media xəbır verir ki, bu barədə ölkənin baş naziri Benyamin Netanyahu bildirib.

“İsrail tərəfi məhbusları geri qaytarmaq üçün 42 gün ərzində döyüşləri dayandıra bilər. Amma biz müharibəni tamamilə dayandıra bilmərik. İran və bütün düşmənlərimiz bizi izləyir, təslim olub-olmayacağımızı görmək istəyir”, - deyə Netanyahu Kanal 12-dən sitat gətirib.

Bir gün əvvəl baş nazirin xarici siyasət üzrə müşaviri Ofir Falk bildirmişdi ki, İsrail ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəslə bağlı təklifini qəbul edib, baxmayaraq ki, o, Amerika prezidentinin planını qeyri-kamil hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO