İrəvanda polis Ermənistan İstintaq Komitəsinin binası ətrafına toplanır.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə bildirir ki, səbəb etirazçı keşiş Baqrat Qalstanyanın bu dəfə orada aksiya keçirməyi planlaşdırmasıdır.
Qeyd edək ki, bununla bağlı anonsu arxiyepiskop dünən açıqlamışdı. Baqrat hər kəsi bu gün saat 10:00-da onunla birlikdə İstintaq Komitəsinə getməyə dəvət etmişdi.
Onun sözlərinə görə, cümə günü saxlanılan nümayişçilər hələ də sərbəst buraxılmayıb. Keşiş dünənki çıxışında Vanadzor və Sünik bölgələrinə səfər edəcəyini də demişdi.
Xatırladaq ki, aksiya bundan öncə Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi önündə keçirilmişdi.
İndi isə növbə İstintaq Komitəsinə çatıb. Görəsən, etirazçılar daha sonra hansı qurumun ətrafına toplaşacaqlar?
Bizim.Media