İrəvanda patrul əməkdaşı BIÇAQLANDI

İrəvanda patrul əməkdaşı BIÇAQLANDI

Hazırda oxunan: İrəvanda patrul əməkdaşı BIÇAQLANDI

195360

İrəvanda patrul əməkdaşı bıçaqla yaralanıb.

Bizim.Media erməni mediasına istinadən bildirir ki, hadisə bir neçə gün öncə baş versə də, məlumat bu gün yayılıb.

Bildirilir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyi Polisinin Patrul Xidmətinin İrəvan alayının 4-cü batalyonunun patrul xidmətçiləri Qadjeqortsneri küçəsində sürücüsünün nizamsız idarə etdiyi “Nissan” markalı avtomobili görüblər.

Patrul maşını saxlayıb və məlum olub ki, sürücünün onu idarə etmək hüququ yoxdur. Daha sonra maşını xüsusi mühafizə olunan əraziyə aparmaq istəyiblər. Bu zaman bir qrup şəxs polisə qarşı nalayiq hərəkətlər edib, adıçəkilən şəxslərdən biri isə patrul əməkdaşını kəsici-deşici əşyalarla vurub.
Patrul işçisi döş qəfəsinin sağ yarısının səthində kəsilmiş-deşilmiş bıçaq yarası ilə tibbi yardım almaq üçün 1 saylı Tibb Mərkəzinə gedib.

Cinayəti törədən Edvard E. saxlanılıb. Faktla bağlı Erebuni polis şöbəsində sənədlər tərtib edilib, onlar Ermənistan Respublikası İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbəsinə verilib, orada cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO