Basketbol millimiz beynəlxalq turnirə qələbə ilə başladı

Basketbol millimiz beynəlxalq turnirə qələbə ilə başladı

Hazırda oxunan: Basketbol millimiz beynəlxalq turnirə qələbə ilə başladı

195353

Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, açılış oyununda yeni yaranmış “Baku Fleyms” komandası ilə qarşılaşan yığma rəqibini 21:6 hesabı ilə məğlub edib.

Azərbaycan seçməsi növbəti matçını bu gün Portuqaliya yığması və Polşanın “Varşava Lotto” kollektivinə qarşı keçirəcək.

İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.

Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər. II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.
Dünya Qadın Seriyası, Qəbələ mərhələsi

2 iyun

I tur


16:30 Azərbaycan – “Baku Fleyms”

16:55 Polşa – “Barselona Panters”

17:20 Portuqaliya – “Varşava Lotto”

17:45 İtaliya - Rumıniya

II tur

18:10 “Baku Fleyms” – “Varşava Lotto”

18:35 “Barselona Panters” – Rumıniya

19:00 Azərbaycan – Portuqaliya

19:25 Polşa – İtaliya

III tur

20:00 Portuqaliya – “Baku Fleyms”

20:25 İtaliya – “Barselona Panters”

20:50 “Varşava Lotto” – Azərbaycan

21:15 Rumıniya – Polşa

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO