Hakerlər 11 il sonra 3 milyon dollarlıq bitkoinləri sahibinə qaytardılar - FOTO/VİDEO

Hakerlər 11 il sonra 3 milyon dollarlıq bitkoinləri sahibinə qaytardılar - FOTO/VİDEO

Hazırda oxunan: Hakerlər 11 il sonra 3 milyon dollarlıq bitkoinləri sahibinə qaytardılar - FOTO/VİDEO

195348

Kibertəhlükəsizlik üzrə mütəxəssis kriptovalyuta sahibinə 3 milyon dollar dəyərində bitkoinlər olan kripto pul kisəsinə yenidən giriş əldə etməyə kömək edib. 

Bizim.Media xəbər verir ki, bu barədə WIRED nəşri yazıb.

Mənbə qeyd edir ki, Maykl adlı bir nəfər (soyadını bildirməyib) rəqəmsal cüzdanda 43,6 BTC saxlayıb.

O, RoboForm-dan istifadə edərək pul kisəsi üçün parol yaradıb və onu TrueCrypt ilə şifrələnmiş faylda saxlayıb. Bir anda bu fayl xarab olub və Maykl 20 rəqəmli parola girişi itirib. Həmin vaxt 43,6 BTC 4000 avroya və ya 5300 ABŞ dollarına bərabər olub (2013-cü ildə).

Bütün bu illər ərzində Maykl parolunu bərpa etməyə kömək edəcək mütəxəssis axtarıb. İki il əvvəl o, kömək üçün Kingpin ləqəbi ilə tanınan və əvvəllər oxşar problemləri həll edən haker Co Granda müraciət edib. Co rəqəmsal pul kisələrini sındıran Almaniyadakı dostu Bruno ilə birgə bu çətinliyin öhdəsindən gəlib.

Keçən ilin noyabrında Grand və Bruno gördükləri iş üçün Mayklın hesabından Bitcoin-in bir faizini çıxarıblar, sonra isə kriptovalyutanın qalan hissəsinə daxil olmaq üçün ona parol veriblər. O vaxt bitcoin bir sikkə üçün 38.000 dollar dəyərində idi. Maykl 62.000 dollara qalxana qədər gözləyib və onun bir hissəsini çıxarıb. 
Hazırda onun 3 milyon dollar dəyərində 30 BTC-i var və hər sikkə üçün dəyərin 100.000 dollara yüksəlməsini gözləyir.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO