Ay ətrafında uçuş planlaşdırılan ilk özəl layihə LƏĞV EDİLDİ

Ay ətrafında uçuş planlaşdırılan ilk özəl layihə LƏĞV EDİLDİ

Hazırda oxunan: Ay ətrafında uçuş planlaşdırılan ilk özəl layihə LƏĞV EDİLDİ

195205

Yapon milyarder Yusaku Maedzavanın SpaceX gəmisi ilə Ay ətrafında ilk turist uçuşunu həyata keçirməyi planlaşdırdığı “DearMoon” layihəsi ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə layihənin mətbuat xidməti məlumat yayıb.

““DearMoon” layihəsi çərçivəsində Ay ətrafında ilk şəxsi uçuşun ləğv edildiyini təəssüflə bildiririk. Bizə dəstək olan hər kəsə təşəkkür edir və bu tədbiri səbirsizliklə gözləyənlərdən üzr istəyirik”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Maedzava buraxılışın təxirə salınması və “yaxın gələcək üçün aydın qrafikin” təyin edilməməsi səbəbindən layihəni bağlamaq qərarına gəlib:

“Mən müqaviləni 2018-ci ildə DearMoon-un 2023-cü ilin sonuna qədər işə salınacağını güman edərək imzaladım. Amma bunun nə vaxt baş verəcəyi hələlik bəlli deyil. 

Bu şərtlər altında gələcəyimi planlaşdıra bilmirəm və ekipaj üzvlərini gözləməyə məcbur etdiyim üçün də özümü günahkar hiss edirəm. Buna görə də hazırkı mərhələdə layihəni ləğv etmək kimi çətin qərarı verməli oldum”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO