Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü belə SAXLANILDI - VİDEO

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü belə SAXLANILDI - VİDEO

Hazırda oxunan: Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü belə SAXLANILDI - VİDEO

195136

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduqlarına görə “Saxla” işarəsi verilən 36-BK-066, 36-BM-066 və 99-XT-941 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobillərinin sürücüləri, Biləsuvar rayon sakinləri - Qalib Ağayev, Elman Məmmədov və Pərvin Bayramov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdiriblər.

Görülən tədbirlər nəticəsində avtomobillər saxlanılıb. Araşdırma zamanı məlum olub ki, hər üç sürücü nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiklərinə görə polisin qanuni tələbinə tabe olmayaraq yayınmağa çalışıblar.

Bununla bağlı sürücülər barəsində qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO