Sosial şəbəkələrdə oyuncaq tapança satan şəxs həbs edildi – FOTO/VİDEO  

Sosial şəbəkələrdə oyuncaq tapança satan şəxs həbs edildi – FOTO/VİDEO  

Hazırda oxunan: Sosial şəbəkələrdə oyuncaq tapança satan şəxs həbs edildi – FOTO/VİDEO  

195034

Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov saxlanılıb. 

O, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft. az", “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib.
Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.

Saxlanılan şəxs barəsində Səbail RPİ-də araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO