Laçın bulvarında iki gün davam edən tədbir sona çatdı - FOTO

Laçın bulvarında iki gün davam edən tədbir sona çatdı - FOTO

Hazırda oxunan: Laçın bulvarında iki gün davam edən tədbir sona çatdı - FOTO

194899

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Laçın bulvarında iki gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.

Müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO