Hikmət Hacıyev:

Hikmət Hacıyev: "Ermənistan torpaqlarımıza milyonlarla mina yerləşdirib" - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev: "Ermənistan torpaqlarımıza milyonlarla mina yerləşdirib" - FOTO

194789

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev minalarla mübarizə üzrə beynəlxalq konfransdan öncə mina qurbanlarının son sayını açıqlayıb.

Bizim.Media  xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə zərərçəkmişlərin sayını özündə əks etdirən şəkli dərc edərək qeyd edib:

“Azərbaycanın mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib”.

Xatırladaq ki, bu gün Zəngilanda minalarla mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə artıq Zəngilan rayonuna yola düşüb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO