İtaliyanın Baş naziri Ciorcia Meloni və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
Məlumata görə, liderlər telefon danışığı zamanı İtaliyanın “Böyük Yeddilik” ölkələrinin (G7) sammitinə sədrliyi ərəfəsində ikitərəfli münasibətlərin vəziyyətini müzakirə edib və beynəlxalq böhran ssenarilərini nəzərdən keçirib.
Qeyd edək ki, İtaliya G7-yə sədrlik edir və iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
Bizim.Media