Festivalda şair Namiq Dəlidağlının publisistik kitabları nümayiş olunub – FOTO 

Festivalda şair Namiq Dəlidağlının publisistik kitabları nümayiş olunub – FOTO 

Hazırda oxunan: Festivalda şair Namiq Dəlidağlının publisistik kitabları nümayiş olunub – FOTO 

194669

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Namiq Dəlidağlının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, festivalda şairin kitabları maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO


Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan şairin bir neçə şeir kitabı çap olunub.

Namiq Dəlidağlı dörd publisistik kitabla yanaşı, həm də "Ağ gecenin nağılı", "Otel otağından reportaj" kitablarının müəllifidir.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü start götürüb. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-dək davam edəcək.










Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO