Bu görüntülər Azərbaycana aid deyil – DİQQƏTLİ OLUN! - FOTO

Bu görüntülər Azərbaycana aid deyil – DİQQƏTLİ OLUN! - FOTO

Hazırda oxunan: Bu görüntülər Azərbaycana aid deyil – DİQQƏTLİ OLUN! - FOTO

194638

Dünəndən sosial şəbəkələrdə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin mənzillərə gəlməsi barədə məlumatlar yayılır. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdəki qruplarda yayılan məlumatlarda polis nişanları olan sənədlər və blanklar daşıyan şəxslərin siyahıyaalma ərəfəsində hər kəsin şəxsiyyət vəsiqəsinin etibarlı olub-olmamasını yoxlaması üçün qapıları döydüyü bildirilib. Qeyd edilib ki, polis adı ilə qapını döyən şəxslər əslində oğurluq məqsədilə evlərə daxil olurlar. Onların əlində noutbuk, biometrik cihaz və bütün adların siyahısı var. 

Kiçik araşdırma zamanı məlum oldu ki, sosial şəbəkələrdə yayılmış görüntülər Azərbaycana aid deyil, eyni şəkillər bir müddət əvvəl Livan, İordaniya kimi ölkələrdə də yayılıb. 

Bundan başqa, son günlər Azərbaycanda daxili işlər orqanlarının kibercinayətkarlıqla mübarizədə maarifləndirmə işini daha da artırması müşahidə edilir. Belə ki, son günlər ərazilər üzrə polis əməkdaşları şəxsən əhali ilə görüşərək, bəzən isə ünvana gedərək onlara kibarcinayətlərin qurbanı olmamaları məqsədilə maarifləndirici məlumatlar təqdim edir. 12 bənddən ibarət maarifləndirici materiallarda vətəndaşların şirnikləndirici təkliflərə aldanmaması, elan saytlarında məlumatlarını yerləşdirərkən ehtiyatlı olmaları, kart məlumatlarını bankomatlara daxil etdikdən sonra ekranın tam sönməsinə əmin olmamaları, uduş və hədiyyələrlə bağlı gələn təkliflərə inanmamaları vurğulanır. 

Bu məqamda belə xəbərlərin yayılması vətəndaşlarda narahatlığa səbəb ola bilər. Vətəndaşlar isə bu tip saxta məlumatları yayarkən diqqətli olmalıdırlar. 

DİN-in Mətbuat xidmətindən bildirilib ki, görüntüsü əks olunan şəxslər xarici ölkələrdən birinə aiddir, ölkəmizlə əlaqəsi yoxdur: 

"DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb". 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO