İlham Əliyev: “Azərbaycan İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin maraqlarını müdafiə edib”

İlham Əliyev: “Azərbaycan İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin maraqlarını müdafiə edib”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin maraqlarını müdafiə edib”

194407

Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.

Bizim.Media xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə Hərəkatın gündəliyinin irəli aparılması üçün səy göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO