İtkin düşən 5 nəfər tapıldı

İtkin düşən 5 nəfər tapıldı

Hazırda oxunan: İtkin düşən 5 nəfər tapıldı

194267

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mayın 5-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 1941-ci il təvəllüdlü qadın tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Həmçinin mayın 23-də paytaxtın Səbail rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2010-cu il təvəllüdlü qız, mayın 23-də Mingəçevir şəhərində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 2002-ci il təvəllüdlü qadın və mayın 25-də Masallı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2005-ci il təvəllüdlü qız tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO