Bakıda “Yaşıl artım gündəliyində təhsil” konfransı KEÇİRİLİR – FOTO 

Bakıda “Yaşıl artım gündəliyində təhsil” konfransı KEÇİRİLİR – FOTO 

Hazırda oxunan: Bakıda “Yaşıl artım gündəliyində təhsil” konfransı KEÇİRİLİR – FOTO 

194251

Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinin yekunu olaraq “Yaşıl artım gündəliyində təhsil” konfransı öz işinə başlayıb. 

Bizim.Media xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın məqsədi milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək və bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaqdır.

Adıçəkilən həftə çərçivəsində 20-24 may tarixlərinə İqtisadi Zonaların inkişafı Agentliyinin nəznində Peşə Təhsil Mərkəzində 50-dən çox işəgötürən qurumun iştirakı ilə “İstehsal, ətraf-mühit və bərpa olunan enerji” mövzusunda interaktiv seminar, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində isə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur baş tutub.
Konfransda “Yaşıl artım siyasətinin gündəliyi”, “Yaşıl artım naminə dövlət-özəl tərəfdaşlığı”, “Yaşıl artım naminə bacarıqların inkişafında təhsilin rolu” adlı panel müzakirələri baş tutacaq.

Qeyd edək ki, konfrans TƏMƏL platforması çərçivəsində keçirilib. TƏMƏL (Peşəkar kadrların təminatı üzrə tərəfədaşlıq və məlumatlandırma) platformasının məqsədi peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsidir.


















Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO