İspaniyada yenidən baş nazir seçilən Sançesə qarşı ETİRAZ

İspaniyada yenidən baş nazir seçilən Sançesə qarşı ETİRAZ

Hazırda oxunan: İspaniyada yenidən baş nazir seçilən Sançesə qarşı ETİRAZ

194209

İspaniyanın paytaxtı Madriddə yenidən baş nazir seçilən İspaniya Sosialist İşçi Partiyasının lideri Pedro Sançesə qarşı keçirilən etiraz aksiyasında 20 minə yaxın vətəndaş iştirak edib.

Bizim.Media “El Pais” nəşrinə istinadən xəbər verir ki, nümayişçilər həmçinin 2017-ci ildə regionun müstəqilliyi ilə bağlı referendumla nəticələnən Kataloniya separatçıları üçün gələcək amnistiya qanununun da əleyhinə çıxış edirlər.

Yürüşün təşkilatçısı müxalif Xalq Partiyası olub.
Etirazçılar özləri ilə İspaniya bayraqları gətirib və "İspaniya cavab verir" şüarları səsləndiriblər.

Xalq Partiyasının lideri Nunyes Feyxoonun sözlərinə görə, aksiyanın prioritet məqsədi demokratiya, məhkəmə sisteminin müstəqilliyi və azad medianın müdafiəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO