Serbiya Prezidenti BMT Baş Assambleyasının iclasına ölkə bayrağı ilə QATILDI - VİDEO 

Serbiya Prezidenti BMT Baş Assambleyasının iclasına ölkə bayrağı ilə QATILDI - VİDEO 

Hazırda oxunan: Serbiya Prezidenti BMT Baş Assambleyasının iclasına ölkə bayrağı ilə QATILDI - VİDEO 

193738

Serbiya Prezidenti Aleksandar Vuçiç BMT Baş Assambleyasının Srebrenitsa ilə bağlı qətnaməsinə etiraz olaraq qurumun iclasına ölkə bayrağı ilə qatılıb.

Bizim.Media xəbər verir ki, BMT-nin təhlükəsizlik rəsmiləri Vuçiçdən bayrağı götürməyi tələb etsələr də, Serbiya lideri tələbləri rədd edib.

Daha sonra səsvermə prosesi başlayıb və Vuçiç bayrağı qatlayaraq əlində saxlayıb.

Səsvermənin nəticələrinə əsasən, BMT Baş Assambleyası Srebrenitsa qətliamını soyqırımı kimi tanıyıb. Və  iyulun 11-i Srebrenitsa Soyqırımı Qurbanlarının Beynəlxalq Anım Günü elan edilib.
Vuçiç səsvermə ilə bağlı qərarı həyəcanla dinləyib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO