Bütün

Bütün "təcili yardımlar" bir mərkəzə birləşdirilir

Hazırda oxunan: Bütün "təcili yardımlar" bir mərkəzə birləşdirilir

193668

İyunun 1-dən Sumqayıt Şəhər Təcili Yardım Stansiyası da daxil olmaqla ölkə üzrə bütün Təcili Yardım Stansiyaları Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə birləşdiriləcək.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı artıq qərar verilib.

Bu prosesə qədər isə "103" xidməti ləğv olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bu mərkəzdə birləşdirilib.

Xatırladaq ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi 2023-cü ildə yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO