Köçəryanın Paşinyanı devirmək planı İFŞA OLUNDU – Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA

Köçəryanın Paşinyanı devirmək planı İFŞA OLUNDU – Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Köçəryanın Paşinyanı devirmək planı İFŞA OLUNDU – Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA

193419

“Həqiqətən, Robert Köçəryan Paşinyanı devirmək və siyasətə qayıtmaq üçün yepiskopdan (Baqrat Srbazan – red.) istifadə edə bilər. Ancaq başa düşmək lazımdır ki, Köçəryanın özünün reytinqi çox aşağıdır, daha doğrusu, yüksək antireytinqdir. Təbii ki, o Ermənistanda sevilmir və onun güclü dəstəyi yoxdur”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib. Köçəryan və Sarkisyanın Kremllə yaxşı əlaqələri olduğuna toxunan politoloq, hazırda vəziyyətin dəyişdiyinə diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan hakim partiyanın həmtəsisçisinə VƏZİFƏ VERDİ


“Rusiya Ermənistanın daxili işlərinə qarışmır”

“Bəli, Robert Köçəryanın Moskva ilə, Rusiya ilə əlaqələri var. Rusiya vaxtilə Robert Köçəryanı dəstəkləyirdi. Ancaq hazırda Rusiyanın Ermənistandakı daxili quruluş problemlərindən daha ciddi problemi var. Əlbəttə ki, hazırda Rusiya hakimiyyətinin Ermənistana hər hansı maliyyə vəsaiti göndərməsi mümkün deyil. 

Rusiyanın tamamilə fərqli vəzifələri var. Köçəryanın Rusiya tərəfindən dəstəklənməsi və Putinin Paşinyanı devirmək istəməsi Ermənistan KİV-lərində təbliğ olunur, çünki Paşinyanın Rusiyanı bütün problemlərdə günahlandırması çox sərfəlidir. Paşinyan qərbə istiqamət götürüb və Rusiyanın Qərb tərəfdaşları ilə əməkdaşlıq etmək istəyir. Ancaq bu Rusiyanın Ermənistanın daxili işlərinə qarışmasına əsas vermir”.

“Ermənistanın addımları sülhə əngəl yaradır”

Moskvanın Azərbaycanla Ermənistan arasında vasitəçiliyik səylərini davam etdirəcəyinə diqqət çəkən Daria Qrevtsova, İrəvanın Rusiyadan tam olaraq qopmaq istəməsinin sülh səylərinə əngəl yaratdığını da qeyd edib.

“Bəli, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyəcək. Rusiya üçün qonşular arasında, sərhəd ölkələri arasında sülh və təhlükəsizliyin olması çox vacibdir. Cənubi Qafqaz regionunda təhlükəsizlik məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi sayəsində mümkündür. 

Rusiya dəfələrlə açıq şəkildə bəyan edib ki, bu cür danışıqların aparılması və sülh müqaviləsinin imzalanması üçün bütün mümkün platformaları təmin etməyə hazırdır. Amma biz görürük ki, Ermənistan Qərbə istiqamət götürüb və Qərb tərəfdaşları ilə əməkdaşlıq edir, Moskvadan ayrılmağa, bütün əlaqələri kəsməyə çalışır. Artıq görürük ki, İrəvan KTMT-də rəsmi olaraq iştirak etməyəcəyini açıq şəkildə bildirir”, - deyə politoloq bildirib. 

“Moskva sülhə dəstək verəcək. Amma sülh müqaviləsi Rusiyada imzalanmayacaq”

Daria Qrevtsova Ermənistanın Moskvadan imtina etməsinə görə Azərbaycanla Ermənistan arasında sülhün Rusiyada imzalanmayacağını da bildirib:

“Rusiya sərhədçiləri bu yaxınlarda İrəvanın Zvartsnots hava limanından çıxarıldı və hamımız görürük ki, Ermənistan mediasında, ümumiyyətlə, anti-Rusiya ritorikası fəal şəkildə gedir. Ona görə də təsəvvür etmək çətindir ki, Ermənistan sülh müqaviləsi imzalamaq, Azərbaycanla əlaqə yaratmaq üçün Rusiyanın platformasından istifadə edəcək. İndiki vəziyyətdə bu, demək olar ki, mümkün deyil. 

Azərbaycan bütün ölkələrlə, Qərblə, Rusiya ilə və Ermənistanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycana qarşı açıq çıxış edənlər ABŞ və ya Fransa kimi ölkələrdir. Çox güman ki, bu sülh müqaviləsinin imzalanması üçün alternativ ölkə tapılacaq. Bu Gürcüstan, Qazaxıstan və ya başqa bir ölkə ola bilər”.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO