İranın mərhum XİN başçısı Hüseyn Əmir Abdullahianın dəfn tarixi və yeri AÇIQLANIB

İranın mərhum XİN başçısı Hüseyn Əmir Abdullahianın dəfn tarixi və yeri AÇIQLANIB

Hazırda oxunan: İranın mərhum XİN başçısı Hüseyn Əmir Abdullahianın dəfn tarixi və yeri AÇIQLANIB

193369

Helikopter qəzasında Prezident İbrahim Rəisi ilə birgə həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəfn yeri açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, mərhum nazir mayın 23-də səhər saatlarında Tehranda yerləşən Şah Əbdül Əzim məscidinin yanındakı qəbiristanlıqda dəfn ediləcək.

Mərhum nazirlə vida mərasimi Xarici İşlər Nazirliyinin binasının qarşısındakı meydanda baş tutacaq.

Qeyd edək ki, Abdullahian mayın 19-da qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin helikopterində olub. Helikopterdəki bütün sərnişinlər, o cümlədən prezidentin özü həlak olub.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO