Azərbaycana ən çox turist hansı ölkədən gəlib? – SİYAHI  

Azərbaycana ən çox turist hansı ölkədən gəlib? – SİYAHI  

Hazırda oxunan: Azərbaycana ən çox turist hansı ölkədən gəlib? – SİYAHI  

193252

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 174 ölkədən 726,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, gələnlərin 28,8 faizi Rusiya, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,4 faiz olmaqla Ukrayna və Türkmənistan, 1,3 faizi Küveyt, 1,2 faizi Belarus, 1,1 faizi Çin, 11,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil edib. 
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə, Yəməndən - 49,8 faiz, İordaniyadan - 49,4 faiz, İtaliyadan - 49,1 faiz, Pakistandan - 41,6 faiz, Özbəkistandan - 33,4 faiz, Polşadan - 28,2 faiz, Almaniyadan - 28,0 faiz, Türkiyədən - 25,9 faiz, Rusiya Federasiyasından - 25,8 faiz, Ukraynadan - 23,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,3 faiz, Gürcüstandan - 15,4 faiz, ABŞ-dan - 12,7 faiz, Fransadan - 11,5 faiz artıb. 

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 faiz artaraq 27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 faiz artaraq 277,9 min nəfər olub. 
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO