Xilasedicilərin İran Prezidenti İbrahim Rəisi və digər rəsmiləri daşıyan qəzaya uğramış helikopteri tapdığı anın görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülər "Telegram" kanallarında yayılıb.
Qeyd edək ki, mayın 19-da baş verən helikopter qəzasında prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi və 3 pilot həlak olub.
Bizim.Media