Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların NƏZƏRİNƏ

Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların NƏZƏRİNƏ

Hazırda oxunan: Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların NƏZƏRİNƏ

193164

Mayın 20-23-də magistratura səviyyəsinin 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək üçün qabiliyyət imtahanlarına qeydiyyat aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı mayın 23-ü saat 23:59-dək aparılacaq.

Qeydiyyatdan keçən bakalavrlar mayın 27-dən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qabiliyyət imtahanlarının iyun ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan bakalavrlar müsabiqədə test imtahanının nəticəsi ilə iştirak edirlər.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO