Ağsu dolaylarında sürüşmə zonasında yaranan çətinlik aradan qaldırılır.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmənin əmələ gəldiyi əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.
Hazırda sürüşmənin qeydə alındığı yolun 147-ci kilometrliyində çökən asvalt qatı və çiyin hissəsindəki torpaq qazılaraq ərazidən kənarlaşdırılır. Paralel olaraq xususi material, daş,çınqıl gətrilir.Günün iki yarsında yolda asvaltlanma işləri planlaşdırılır.
Hazırda 147-ci kilometrlikdə yolun hər iki zolağı tam bağlanıb, avtomobillər yolun torpaq hissəsindən növbəli keçməklə hərəkət edirlər.
Bizim.Media, Aran bürosu