Bu gün Britaniya hakimləri Culian Assanjın ABŞ-a ekstradisiya edilib edilməyəcəyi ilə bağlı öz qərarlarını açıqlayacaqlar.
Bizim.Media xəbər verir ki, aprelin 16-da Amerika Birləşmiş Ştatları London Ali Məhkəməsinə Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı tələb olunan zəmanətləri təqdim edib.
Bu gün hakimlər həmin zəmanətləri qəbul edib-etmədiklərini açıqlayacaqlar.
Əgər hakimlər ABŞ-ın verdiyi zəmanətləri qəbul edib Culian Assanjı ABŞ-a ekstradisiya etsələr, o zaman Assanjın vəkilləri üçün Britaniya daxilində bütün hüquqi yollar tükənmiş olacaq. Onlar bundan sonra yalnız Avropa İnsan Haqları Məhkəməsinə baş vura biləcəklər ki, bu məhkəmədən qərar çıxana qədər artıq Culian Assanj Londondakı Belmarş Həbsxanasından ABŞ-a ekstradisiya edilə bilər.
Hakimlər Culian Assanjın ABŞ-a ekstradisiyası haqqında qərar verməsələr Assanj üçün aylarla davam edə biləcək hüquqi proseslər yenidən başlayacaq. Ehtimallar arasında isə onun azad edilməsi də var.
Amerika Birləşmiş Ştatlarının “WikiLeaks” portalının təsisçisinin ekstradisiyası ilə verildiyi təminatda bildirilib ki, Culian Assanj "Birləşmiş Ştatların Konstitusiyasına Birinci Düzəlişlə" verilən hüquq və müdafiələri məhkəmədə qaldırmaq və onlara etibar etmək imkanına malik olacaq (bu ifadə azadlığını müdafiə edən düzəlişdir - red). Ancaq sənəddə qeyd edilib ki, "Birinci Düzəliş"in tətbiqi ilə bağlı qərar yalnız ABŞ məhkəmələrinin səlahiyyətindədir.
ABŞ tərəfinin verdiyi təminatlara əsasən, Culian Assanj ABŞ-a ekstradisiya edilərsə yeni ittihamlarla üzləşməyəcək, xüsusilə ona ölüm cəzası tətbiq olunmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:03 / 20.05.2024
Britaniya hakimləri bu gün Assanj haqqında qərar verəcəklər
Hazırda oxunan: Britaniya hakimləri bu gün Assanj haqqında qərar verəcəklər
Hazırda oxunan: Britaniya hakimləri bu gün Assanj haqqında qərar verəcəklər
193027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.