Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə H.Hacıyev rəsmi “X” hesabında məlumat paylaşıb.
"Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”, - deyə H.Hacıyev qeyd edib.
O bildirib ki, görüşdə regional və qlobal problemlər də müzakirə olunub: “Biz həmçinin regionda sülhün təşviqi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq".
At the @WhiteHouse had a very substantive meeting with Jake Sullivan, National Security Advisor of the President of the United States, and we reviewed bilateral cooperation between our countries and prospects of further development of our relations. Also, discussed regional and… pic.twitter.com/ucjuBjyiJW
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 17, 2024
Bizim.Media