May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Hazırda oxunan: May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

192578

Azərbaycanda may ayı üçün mövsümə uyğun olmayan hava şəraiti müşahidə edilir. May ayının ötən müddəti ərzində ölkədə yağışlı günlərin sayı normadan çox olub. Nəticədə bəzi məlumatlara görə, yağan yağışlar kənd təsərrüfatına ciddi ziyan vurub. 

Xüsusilə də, şimal bölgəsində alma və gilas təsərrüfatlarına xeyli zərər dəydiyi qeyd olunur. Belə vəziyyət isə həmin məhsulların qiymətinə də çox güman ki, təsirsiz ötüşməyəcək. 

Yaranmış durumda bu yay mövsümündə hansı məhsulların qiyməti baha olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında kənd təsərrüfatı eksperti Akif Nəsirli bildirir ki, mayda yağan intensiv yağışların yalnız ot biçininə mənfi təsirləri olacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl qiymətinə satılan ZƏHƏR – Mövsümündən əvvəl bazara çıxarılan alçanın İNANILMAZ ZƏRƏRLƏRİ


“May ayır ərzində bostan tərəvəz bitkilərinin yerüstü hissəsi inkişaf edir və meyvələrinin böyük əksəriyyəti də artıq mayalanır. Ona görə də mayda yağan yağışın həm meyvə təsərrüfatı, həm də bostan tərəvəz bitkilərinə o qədər də ciddi zərəri olmur. Məsələn, pomidor, xiyar, yemiş, qarpız bitkisinin mayalanma zamanı yağışa məruz qalması sadəcə olaraq onların yetişməsinin bir neçə gün gecikməsinə səbəb ola bilər. 

Yəni hazırda yağan yağışın meyvə, bostan, tərəvəz bitkilərinə ziyanı yoxdur. Meyvə, tərəvəz və bostan bitkilərinə əsas təsir edən dolu yağması və küləkdir. Hazırda isə bölgələrdə elə də kəskin küləklər müşahidə edilmir. Dolu bütün təsərrüfatlara, meyvə bağları, bostan və tərəvəzə ziyan vura bilər. Amma indilikdə sakit yağış yağır ki, bu da sadaladığım məhsulların xeyrinədir. 

Yağan yağış yalnız ot biçininə mənfi təsir edə bilər. Biçilmiş otu yaış məhv edir. Hazırda dənli bitkilərdə dənin bərkimə fazası gedir. Sünbüllər barla doludur. Küləklə birlikdə yağan yağış onları yatırda bilər. Bu da son nəticədə dənli bitkilər üzrə məhsuldarlığı aşağı salacaq”.  

Ekspert qeyd edir ki, yağan yağışların kənd təsərrüfatına, əsasən də meyvə, tərəvəz və bostan bitkilərinə ziyandan çox xeyri var: 

“Onların suvarılması problemi aradan qalxır, yerdən yeni çıxan bitkilər rütubətli havada daha yaxşı inkişaf edir. Ola bilsin, mövsümə uyğun olmayan hava şəraiti sadəcə olaraq, meyvələrin yetişməsini bir neçə günlük gecikdirə bilər. Bu mənada yağan yağışların qiymətlərin bahalaşması da daxil olmaqla kənd təsərrüfatına başqa hər hansı bir zərərinin olacağını gözləmirəm”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO