Rusiyada məşhurlaşan azərbaycanlı ifaçı: “Hər zaman demişəm ki, gənc ata olmaq istəyirəm” - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı ifaçı: “Hər zaman demişəm ki, gənc ata olmaq istəyirəm” - FOTO

Hazırda oxunan: Rusiyada məşhurlaşan azərbaycanlı ifaçı: “Hər zaman demişəm ki, gənc ata olmaq istəyirəm” - FOTO

192435

“Mən həmişə gənc ata olmaq istədiyim barədə danışmışam. Bəli, bəli, əvvəldən planım var idi və ona sadiq qaldım”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Elman Zeynalov “Hellomagrussia” nəşrinə müsahibəsində deyib.

Bu ilin yanvarın 31-də ikinci dəfə oğlan atası olan sənətçi övladına verdiyi İordan adının səbəbini açıqlayıb:

“İordan müsəlman və xristian dünyasını birləşdirən çaydır. Qərara gəldik ki, bu ad (yeni doğulan oğlunun adını İordan qoyub – red.) həyatımızda olan hər şeyi təcəssüm etdirir: dinlərin və xalqların kəsişməsi. Düzünü desəm, arvadım Marqarita bu fikrə gəldi.

Ailəniz müxtəlif mədəniyyətləri necə birləşdirir? Sən Elman azərbaycanlısan, Marqarita yarı koreyalıdır... ” sualına sənətçinin cavabı belə olub:

“Əvvəla, yemək bişirmək sayəsində - Marqarita bəzi yeməkləri anasından yaxşı bişirir. Ümid edirəm ki, o, bu müsahibəni oxumayacaq (gülür). O, kələm və ya yarpaq dolmasını və ya bir neçə Koreya qəlyanaltısı hazırlayır. Bəzən restoranlarda belə evdəki qədər dadlı olmur. Ən maraqlısı odur ki, evliliyindən əvvəl Marqarita ümumiyyətlə yemək bişirməyi sevmirdi, amma indi hətta sosial şəbəkələrdə çox məşhur olan “Elmanın səhər yeməyi” kimi hesabı da var”.

Qeyd edək ki, Elman və Marqarita cütlüyünün 3 yaşlı Mariel adında bir qız övladı var.





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO