İrəvanda hazırda vəziyyət necədir? - VİDEO

İrəvanda hazırda vəziyyət necədir? - VİDEO

Hazırda oxunan: İrəvanda hazırda vəziyyət necədir? - VİDEO

192364

Polis qüvvələri Ermənistan hökumətinin binasına bitişik əraziyə toplaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazıb.

Mənbə yazır ki, Paşinyana qarşı etiraz edən hərəkat iştirakçıları artıq Ermənistan Respublikası Hökumətinin binasının önünə gəliblər.

Qeyd edək ki, keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi “Vətən Naminə Tavus” hərəkatı bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına qarşı etirazlarını bildirirlər. Onlar Tovuzqala vilayətindən İrəvanadək piyada yürüş ediblər. İndi isə paytaxtda küçələri bağlayaraq iştişaşlar törədirlər.
Yeri gəlmişkən, dünən hər iki ölkə rəsmilərinin sərhəddə keçirdikləri növbəti görüşdə Qazaxın 4 kəndinin geri qaytarılması ilə bağlı sənədə imza atıblar. Yaxın bir neçə gün ərzində isə sərhədçilər əraziyə gələrək xidmətlərinə başlayacaqlar.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO