İqlim dəyişiklikləri dünya ictimaiyyətini ciddi narahat edir.
Bizim.Media xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.
O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyyatlarında 15 faizə qədər azalma var”.
Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühim hadisə kimi dəyərləndirib:
“COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:14 / 16.05.2024
Azərbaycanın su ehtiyyatları 15 faizədək azalıb - RƏSMİ
Hazırda oxunan: Azərbaycanın su ehtiyyatları 15 faizədək azalıb - RƏSMİ
Hazırda oxunan: Azərbaycanın su ehtiyyatları 15 faizədək azalıb - RƏSMİ
192360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.