Gürcüstan parlamenti artıq yeni sədrni seçib.
Bizim.Media xəbər verir ki, parlament çoxluğu 86 səslə spiker vəzifəsinə Kaxa Kuçavanı təsdiq edib.
Onu da qeyd edək ki, səsverənlər arasında 6 ay boykotdan sonra parlamentin işinə ilk dəfə qatılan müxalif deputatlar da olub.
Məhz onların sayəsində Kuçavanın lehinə səs verənlərin sayı 86 nəfər təşkil edib.
***
Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək.
Bizim.Media xəbər verir ki, parlament çoxluğu spiker vəzifəsinə Kaxa Kuçavanın namizədliyini irəli sürəcəyi gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan parlamentinin sədri istefa verdi
Keçmiş sədr Arçil Talakvadze isə vitse-spiker vəzifəsinə təsdiqlənməsi ehtimal olunur.
X çağırış qanunverici orqana sədr və onun müavininin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.
Qeyd edək ki, A.Talakvadze aprelin 24-də istefa verib. Onun müavini K.Kuçava qanunverici orqanda Azərbaycanla dostluq qrupuna da rəhbərlik edib.
Bizim.Media