Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda itkin düşmüş qadının meyiti TAPILDI
Qeyd edək ki, K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.
Nənəsinin dediyinə görə o, ailəli olub və ayrılıb. Cəlilabadda tibb kollecində təhsil alıb. İşləmək üçün Lənkərana getdikdən 2-3 gündən sonra isə ondan heç bir xəbər almaq mümkün olmayıb.
Daha sonra qadının itkin düşməsi barədə polisə məlumat verilib.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu