Azərbaycanı cüdo üzrə dünya çempionatında təmsil edəcək idmançıların adları açıqlanıb.
Bizim.Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək turnirə 100-dən çox ölkədən 700-ə yaxın cüdoçu qatılacaq.
Azərbaycan mayın 19-23-ü aralığında reallaşacaq yarışda 8 çəki dərəsində təmsil olunacaq. Millimiz dünya çempionatına məşqçilər Riçard Trautman və Rəşad Məmmədovun rəhbərliyi altında 9 kişi və 2 qadın idmançı ilə qatılacaq.
Kişilərin mübarizəsində 60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov və Kamran Süleymanov, 73 kq-da Hidayət Heydərov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov, 100 kq-da isə Zelim Kotsoyev Azərbaycana medal qazandırmağa çalışacaq.
Qadınların mübarizəsində isə 48 kq çəkidə ölkəmizi Leyla Əliyeva, 57 kq çəkidə Acelya Toprak təmsil edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:46 / 14.05.2024
Cüdo millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Hazırda oxunan: Cüdo millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Hazırda oxunan: Cüdo millimizin dünya çempionatı üçün heyəti açıqlandı
192025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.