Hərbçilərimizin Türkiyədəki təlimindən yeni VİDEO  

Hərbçilərimizin Türkiyədəki təlimindən yeni VİDEO  

Hazırda oxunan: Hərbçilərimizin Türkiyədəki təlimindən yeni VİDEO  

191809

Türkiyənin Konya şəhərində keçirilən Anadolu Ankası-2024 (Anatolian Phoenix-2024) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib. 

Azərbaycan Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub. 

Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO