Kürdəmirdə avtomobil aşdı - Xəsarət alan var - FOTO/VİDEO

Kürdəmirdə avtomobil aşdı - Xəsarət alan var - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə avtomobil aşdı - Xəsarət alan var - FOTO/VİDEO

191807

Kürdəmir rayonunun Xırdapay kəndində "Mercedes" markalı avtomaşının sürücüsü  hərəkətdə olarkən qəfildən  idarəetməni itirib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan rayonun Yenikənd kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Ziyad İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.
 







Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO