Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti: Bu məhsullar BAHALAŞDI – FOTO  

Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti: Bu məhsullar BAHALAŞDI – FOTO  

Hazırda oxunan: Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti: Bu məhsullar BAHALAŞDI – FOTO  

191800

Artıq bir həftəyə yaxındır ki, Şimal-Qərb bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, may ayının əvvəlindən başlayaraq bölgə rayonlarında qeyri-sabit hava şəraiti bugünədək davam edir. 

Müşahidələr göstərir ki, bölgənin yüksək dağlıq ərazilərinə, əsasən Böyük Qafqazın zirvələrinə yenidən qar yağıb. Bu səbəbdən havanın temperaturu aşağı enib. Bu isə aran ərazilərdə əkinçilik və bostan-tərəvəzlə məşğul olanlar üçün problemlər yaradır. 

Bitkiçilik üzrə mütəxəssislərin bildirdiyinə görə, belə hava şəraiti ilk növbədə hazırda tozlanma dövrünü keçirən buğda üçün olduqca əlverişsiz bir mühitdir.

Temperaturun hər gün aşağı enməsi, yağışların yağması buğdanın tozlanmasına problem yaratmaqla yanaşı, həmçinin bostan-tərəvəzin yetişməsinə də mənfi təsirini göstərir. Bu səbəbdən bazarlarda göyərti, pomidor, xiyar və lobya kimi məhsulların qiymətində artım müşahidə edilir. 

Yeri gəlmişkən, son iki gündə ölkənin bəzi ərazilərində leysan və dolu müşahidə edilsə də, Şimal-Qərb bölgəsində belə hallar yaşanmayıb. Yağışlar intensiv deyil, asta templə yağır və heç bir fəsad qeydə alınmayıb. 
Hidrometeoroloqlar qarşıdakı bir neçə gündə də havaların belə əlverişsiz, qeyri-sabit keçəcəyini bildirir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO