Güclü yağış Lahıc - Dəmirçi yolunun 40 metrlik hissəsini dağıtdı - FOTO

Güclü yağış Lahıc - Dəmirçi yolunun 40 metrlik hissəsini dağıtdı - FOTO

Hazırda oxunan: Güclü yağış Lahıc - Dəmirçi yolunun 40 metrlik hissəsini dağıtdı - FOTO

191728

İsmayıllıda yağan güclü yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Lahıc - Dəmirçi yolunda dərin çatlar əmələ gəlib.

Belə ki, Lahıc - Dəmirçi yolunun 7-8 ci km-lik hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib.

Yağıntıların təsirindən asfaltın təqribən 40 metirlik hissəsinin asfalt qatı sıradan çıxıb və yolun bir hissəsi tamamilə dağılıb.

Avtomobillər yolun bir hisəsi ilə hərəkət edirlər. Sürücülər isə bunun daha da təhlükəli ola biləcəyindən narahatdırlar.

Qeyd edək ki, yol yatağının eroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır. 

Sürücülər Bizim.Media-nın yerli bürosuna bildirib ki, əgər belə getsə bu yol bağlana bilər. Belə olduqda isə Lahıcdan Dəmirçiyə 3-4 saata getməli olacağıq. Yolun bu vəziyyətə düşməsi Lahıc - Dəmirçi qəsəbəsinə gələn turislərin sayına da öz  mənfi təsirini göstərəcək. Kənd sakinləri deyirlər ki, bu ərazi sürüşmə zonası oludğuna görə  yol sürüşməyə meyllidir. Ona görə də burada tez-tez çökmələr  yaranır. 

Qeyd edək ki, Lahıc - Dəmirçi avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün sürüşmə sahəsində yerləşir.
Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  xusisi təyinatlı yol istismar MMC-dən verilən məlumata görə, son yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Lahıc - Dəmirçi yolunda dərin çatlar əmələ gəlib.

Məsələ ilə əlaqədar əraziyə baxış keçirilib. Yolun dağılmış hissələrində lazımi işlərin görulməsinə yaxın günlərdə başlanılacaq.














Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO