Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO

Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO

Hazırda oxunan: Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO

191650

Ötən gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində binanın damına çıxaraq intihara cəhd edib.

Bizim.Media xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Hadisəni görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1975-ci il təvəllüdlü İsayev Elsevər Fərid oğlu doqquzmərtəbəli binanın damına çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO