Avtomobilin qarşısına piyada çıxdı - QƏZA BAŞ VERDİ

Avtomobilin qarşısına piyada çıxdı - QƏZA BAŞ VERDİ

Hazırda oxunan: Avtomobilin qarşısına piyada çıxdı - QƏZA BAŞ VERDİ

191647

Cəlilabadda zəncirvari qəza olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Həsən Əsgərli idarə etdiyi "Nissan QASHQAİ" markalı avtomobillə hərəkətdə olarkən, yol kənarında hərəkətsiz halda dayanan iki minik maşınına çırpılıb və yolun hərəkət hissəsində aşıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.

Şahidlərin sözlərinə görə, qəzaya Həsən Əsgərlinin idarə etdiyi avtomobilin qarşısına piyadanın çıxması səbəb olub.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO