FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və insan xəsarəti barədə məlumat daxil olmayıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və insan xəsarəti barədə məlumat daxil olmayıb

Hazırda oxunan: FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və insan xəsarəti barədə məlumat daxil olmayıb

191581

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub:

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO