"Napoli" Xviçanın maaşını 6 dəfə artırır

Hazırda oxunan: "Napoli" Xviçanın maaşını 6 dəfə artırır

191573

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyaya təklif etdiyi yeni müqavilənin detalları məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

Sözləşmədə 23 yaşlı cinah hücumçunun maaşının 6 dəfə artırıldığı qeyd olunub. Həmçinin müqavilədə 150 milyonluq təzminat maddəsi də var. Hazırda Xviçanın illik maaşı 1 milyon avrodur. Tərəflər müqaviləni imzaladıqdan sonra futbolçu illik 6 milyon avro qazanacaq.

Xviça ilə PSJ, "Barselona" və İngiltərə Premyer Liqası klubları maraqlanır. Daha əvvəl Kvaratsxeliyanın bu yay "Napoli"dən ayrılmamağa qərar verdiyi bildirilirdi. 

Xatırladaq ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 42 matçda iştirak edib, 10 qol vurub və 9 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. 

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO