“Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi” – Fransanın ilk səfiri

“Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi” – Fransanın ilk səfiri

Hazırda oxunan: “Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi” – Fransanın ilk səfiri

191537

Azərbaycanın çox çətin vəziyyətdə olduğu dövrdə Heydər Əliyevlə görüşmək üçün Novruz bayramı ərəfəsində Naxçıvana getdim. Haqqında çox eşitdiyim belə böyük şəxsiyyəti görmək istəyim bitib-tükənmirdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Fransanın bu ölkədə ilk səfiri təyin olundum. Həmin vaxt Azərbaycan çətin vəziyyətdə, hətta parçalanmaq təhlükəsi ilə üz-üzə idi.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş anım tədbirində Fransanın ölkəmizdə ilk səfiri olmuş Jan Perrən azərtac-a müsahibəsində söyləyib.

Diplomat bildirib ki, o, həmin çətin vaxtlarda Heydər Əliyevi görmək üçün Naxçıvana gedən ilk səfir olub. Naxçıvan səfəri onun xatirəsində daim qalmaqdadır. Həmin səfərdən sonra Heydər Əliyevlə mütəmadi olaraq görüşüb.

J.Perrən deyir ki, Naxçıvanda Heydər Əliyevdən ayrılarkən onu tezliklə Bakıda yenidən görmək arzusunu ifadə edib və bu arzusu qısa müddətdən sonra gerçəkləşib. Bakıya gələn Heydər Əliyev səfirlə mütəmadi görüşür və onların maraqlı söhbətləri, qarşılıqlı etibarlı münasibətləri olur.
“Azərbaycanı Fransaya Heydər Əliyev tanıtdı. O vaxt Azərbaycanı çətin vəziyyətdən, parçalanmaq təhlükəsindən yalnız böyük siyasi xadim Heydər Əliyev xilas edə bilərdi. Xalq onu hakimiyyətə gətirəndən sonra Azərbaycanda tərəqqinin şahidi olduq. “Əsrin müqaviləsi” müasir Azərbaycanın inkişafına zəmin yaratdı, ölkəni iqtisadi baxımdan dirçəltdi və beynəlxalq aləmdə tanıtdı. Heydər Əliyev kimi böyük şəxsiyyətlərin layiqli qiymətini zaman verir”, - deyən Jan Perrən vurğulayıb ki, Heydər Əliyev ölkəni böhrandan çıxarıb və ona layiq olduğu nüfuzu qazandırıb.

Diplomat vurğulayıb ki, Azərbaycanın müstəqilliyi, torpaqların azad olunması Ulu Öndərin ümdə arzusu idi. Prezident İlham Əliyev Ulu Öndərin ən ümdə arzusunu reallaşdırdı, Azərbaycan torpaqlarını işğaldan azad etdi.

“Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi”, - deyən J. Perrən Ulu Öndərin müdrik strategiyasından da danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO