Dövlət Duması Mixail Mişustinin yenidən Rusiyanın Baş naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı 375 deputat lehinə səs verib, 57 deputat bitərəf qalıb.
Qeyd edək ki, Rusiyada köhnə hökumət mayın 7-də, Vladimir Putin prezident kimi fəaliyyətə başladıqdan sonra istefa verib.
Bizim.Media